250,507 views 1,748 on YTPak
1,073 143

Published on 17 Feb 2016 | over 2 years ago

QARABAĞ ƏLİLİ VƏ POLİS ARASINDA MÜNAQİŞƏ! 17.02.2016

Yeni melumat:
Şahin Bəylərov kondisioner ustası işləyirmiş
Bakıda yol polisinin avtomobilinin çəkiclə əzən Şahin Bəylərovla bağlı maraqlı faktlar üzə çıxıb. Hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahin Bəylərov hadisə baş verən zaman oğlunu Nərimanov rayonundakı idman zallarından birinə qoyub qayıdırmış. Ailəli, 2 uşaq atası olan Şahin Bəylərovun hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.
Avtosfer.az xəbər verir ki, lent.az-ın əldə etdiyi digər məlumata görə, Ş.Bəylərov barəsində 3 maddə üzrə cinayət işi açılıb. Onun çəkiclə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzməsi və üzərindən narkotik maddə tapılmasına görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.

2016.02.17:
-General polis maşınını çəkicləyən şəxsdən danışdı: «Hələ ayılmayıb» - VIDEO
Səhlab Bağırov: «Barəsində artıq cinayət işi açılıb, onun ayılmağını gözləyirik»
Bakıda sürücünün yol polisi avtomobilinə hücum etməsi ilə bağlı məsələ geniş rezonans doğurub. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov «Qafqazinfo"ya açıqlamasında bildirib ki, yol polisinin avtomobolinə çəkiclə zərər yetirən Şahin Bəylərov saytlarda yazıldığı kimi sürücü deyil: «Bu adam içkili vəziyyətdə olub, hələ də ayılmayıb. Barəsində artıq cinayət işi açılıb. Onun ayılmağını gözləyirik. Bilinmir ki, hadisəni niyə törədib. Adam Sulutəpədəndir. Hazırda faktla bağlı araşdarma gedir».
General həmçinin qeyd edib ki, sözügedən şəxs dövlət əmlakını ziyan vurduğuna görə məsuliyyətə cəlb olunacaq.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus «BMW» markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib. Hadisəni törədən Ş. Bəylərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.



Qarabag elili polis masinini darmadagin etdi.
Polis mashini.
Qarabag ELili.
Qarabağ əlili dava.
Polis dava .
Customize Your Hybrid Embed Video Player!

6-digit hexadecimal color code without # symbol.

 

Report video function is under development.

 


Loading related videos...